Sağlam başlanğıc

Bakı şəhəri 220 nömrəli məktəb liseyin 9 H sinif şagirdləri və fənn müəllimi Hacıyeva Nərgizin iştirakı ilə UNESCO-nun fəaliyyətinə dair məruzə və ASPNet şəbəkəsinin yenilikləri haqqında, Qlobal Məqsəd 3 "Sağlamlıq və rifah"-a aid "Sağlam başlanğıc" mövzusunda geniş dərs keçirilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 3-cü katibi (UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının daimi katibliyinin əməkdaşı) Mustafa Şabanov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov, məktəbimizin direktoru Lətifə Əzimova da şagirdlərimizlə birlikdə məlumat mübadiləsində və müzakirəsində iştirak etmişdir.Dərsin sonunda fəal şagirdlərə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının daimi katibliyinin mədəniyyətimizlə bağlı kitablardan və disklərdən ibarət hədiyyələri təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi