Əlillik sosiallaşmaq üçün maneə deyil

Ramazan bayrami munasibəti ilə 2e ve 2g sinif müəllimləri Əliyeva Fidan ve Bagirzadə Elza öz şagirdləri ilə birgə fiziki qüsurlu Nəcibə qızımızın və onun ailəsinin qonagı oldular. Bu təşəbbüs eTwining Plus layihəsi çərçıvəsində Turk həmkarlar ilə ortak layihe olan “IYILIK KALPLERIMIZDE VE IZ BIRAKAN ENGELSIZ DOKUNUSLAR” adli layihənin çərçivəsində həyata keçirildi. Bu layihənin məqsədi sabahımız olan uşaqlara əlillik mövzusunda biliklər vermək, qəlblərində xeyirxahliq ve mərhəmət hissini yaratmaqdan ibarət idi. Bəli,bu gün onlar normal uşaqların sahib olduqları imkanlardan məhrumdurlar. Onlar da sosiallaşmaq, cəmiyyətin atılmış, yararsız üzvü kimi yaşamaq acısından xilas olmaq istəyirlər. Nəcibəni ziyarət edib, onun kövrək qəlbini sevindirən, gözlərində sevinc isigi yandiran butun müəllim, sagird ve valideyn kollektivi bu təşəbbüslə əslində böyük savab qazanmış, təqdirəlayiq addım atmışlar. Nəcibə gələn həmyaşıdları üçün “Azərbaycan” şeirini ifa etmiş və öz təşəkkürünü bununla ifadə etmişdir.
Insanin qəlbində mərhəmət hissi olduqda o insan olur. Xeyirxah iş, xeyirxah əməl insanı daxilən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Hər zaman yaxşılıq etmək üçün yaşayın, yaxşılıq edən yaxşılıq tapar.
Gəlin, sevinc yaşatmaq üçün yaşayaq!
Gəlin, xeyirxahlıq etmək üçün gecikməyək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi