İnkluziv təhsilə cəlb edilmiş şagirdlərin valideynləri ilə görüş keçirildi

İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir. Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. Bu xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsil almasını təmin edir.
İnklüziv təhsil anlayışı insan hüquqları prinsipinə əsaslanır. İnsan Hüquqları Konvensiyasına görə, dövlətlər elə bir təhsil sistemi qurmalıdır ki, təhsilalma hüququ hər bir uşağa şamil edilsin. Azərbaycan Respublikası İnsan Hüquqları Konvensiyasını 1992-ci ildə imzalayıb və respublikamızda yaşayan hər bir uşağın təhsilalma hüququnu qorumağı öz üzərinə götürmüşdür.
Azərbaycan Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslər olmuşdur.Əmr Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında 2014-cü il tarixində imzalanmış "2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı"na müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrasının davamlılığını təmin etmək məqsədilə verilmişdir. Əmrə əsasən, 2016-2017-ci tədris ilində dörd ümumtəhsil məktəbdə - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən ediliblər.
220 nömrəli məktəb-liseydə artıq 4 ildir ki, inkluziv təhsil tətbiq edilir. İnkluziv təhsilə cəlb edilmiş şagirdlərin bəziləri artıq 4-cü sinifdədir. 07.05.2019-cu il tarixində məktəbdə inkluziv təhsilə cəlb edilmiş 14 şagirdin (I-IV siniflər üzrə) valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşdə valideynlərin problemləri, arzu və istəkləri dinlənildi. Görüşdə məktəbin direktoru Lətifə Əzimova, direktor müavini Mehriban Məmmədova , defektoloq Səmra Axundova iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi