Ev təhsilində olan şagirdlərimizə baş çəkdik

04.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova , direktor müavini Mehriban Məmmədova və bir neçə müəllimi məktəbin evdə təhsil alan 8”C”sinif şagirdi İsmayılova Əfsanənin və 7”C” sinif şagirdi Məmmədov Əlinin ev ziyarətinə getdilər. Müəllimlərini görən şagirdlər çox sevindilər. Məktəb rəhbərliyi onların təhsili, müəllimlərin tədris keyfiyyəti, şagirdin meyl və maraqları barədə valideynlərlə söhbət etdilər. Şagirdlərin problemləri, arzu və istəkləri barədə maraqlanıldı. Valideynlər məktəb rəhbərliyinə və müəllimlərə onlara göstərdikləri diqqət və qayğı üçün təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi