Onların qayğıya daha çox ehtiyacı var

04.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin uşaqları ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Məlumat üçün bildiririk ki, 220 nömrəli məktəb-liseydə 1 nömrəli uşaq evinin 80 uşağı təhsil alır. Görüşdə məktəbin direktoru Lətifə Əzimova, direktor müavini Mehriban Məmmədova, psixoloqu Gülbəniz İsmayılova, 1 nömrəli uşaq evinin psixoloqu Nərgiz Dadaşova və uşaq evinin tərbiyəçiləri, eləcə də məktəbin müəllimləri iştirak edirdilər. Tədbirdə məktəbin ictimai həyatında fəal iştirak edən və təlimdə uğurlu nəticə göstərən bir qrup şagird rəhbərlik tərəfindən diplomlarla təltif edildi. Daha sonra şagirdlərin problemləri, ürək sözləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi