Mikroorqanizimlər uşaqların gözü ilə

AMEA-nın Mikrobiologiya İnstitutunun Elm TV ilə birgə elan etdiyi “Mikroorqanizimlər uşaqların gözü ilə “ adlı müsabiqəyə 220 saylı məktəb-liseyin şagirdi Hüseynli Dəniz də öz əl işi ilə qatıldı. Sevindirici haldır ki, şagirdimiz bu müsabiqədə fərqlənməyi bacarıb. Şagirdimiz Dəniz AMEA-nın Mikrobiologiya İnstitununun təqdim etdiyi sertifikata, məktəbimizin direktoru Lətifə Əzimova isə şagirdlərimizin həmin müsabiqədə iştirakını təmin etdiyi üçün təşəkkürnaməyə layiq görülüblər.