Onlar XI Beynəlxalq Gənclər Ekoloji Forumunda Azərbaycanı təmsil etdilər

26 -30 may 2019 vu il tarixlərində Rusiyada "Bir planet - bir gələcək" adlı XI Beynəlxalq Gənclər Ekoloji Forumu keçirilib.
Rusiyanın 5 regionu və dünyanın 8 ölkəsindən iştirakçıların qatıldığı forumda YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvü olan Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 8 -ci sinif şagirdi Hüseyn Zülfüqarov və ingilis dili müəllimi Ofeliya Qafarova uğurla iştirak edib.
“Forumun ən fəal iştirakçısı" nominasiyasında 220 nömrəli məktəb-liseyin şagirdi Hüseyn Zülfüqarov qalib olub. Hüseyn Zülfüqarov həm də "Meşədən məktəbə dörd mövsüm" adlı layihəsinə görə xüsusi diplomla təltif edilib.
Həmçinin "Ölkəsi haqqında ən yaxşı yaradıcı təqdimat" nominasiyasında xüsusi diploma layiq görülüb.