Ömrümüzün sevinc payı

30.05.2019-cu il tarixində Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseyin 1g sinif şagirdləri eTwining layihəsi çərçivəsində “Ömrümüzün sevinc payı” adlı tədbir təşkil etdilər. Öncə ingilis dili dərsində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş təqdimat oldu. Daha sonra kiçik rəqqaslarımız musiqi dərsində məktəbin həyətinə çıxaraq izləyicilərə gözəl bir rəqs nümunəsi təqdim etdilər. Ömrünün təhsil pilləkənlarının ilk pillələrinə qədəm qoymuş bu körpələr həm müəllimlərinə həm də həmyaşıdlarına günə başlamaq üçün gözəl bir motivasiya oldular.Tədbirin təşkilatçısı sinif müəllimi Taliyə Mirzəliyeva idi.