Müharibəyə yox deyək!

31.05.2019-cu il tarixində məktəbimizdə 2”D”sinfinin təqdimatında “Müharibəyə yox deyək”adlı gözəl bir tədbir oldu. Tədbirin təşkilatçısı ikincilərin sinif müəllimi Vəfa Məmmədova idi. Tədbirdə şagirdlərimizin maraqlı çıxışları, rəqs, mahnı nömrələri, canlandırdıqları səhnəciklər onların həqiqətən də istedadlı və bacarıqlı olduqlarının sübutu idi. Uşaqların “Qoy dünyamızda hər zaman sülh olsun! “ şüarı böyüklərə mənalı bir ismarıc oldu. Özləri kiçik olsa da arzuları böyük olan bu körpə fidanlarımız günəşli Azərbaycanın işıqlı sabahı olacaqlarını bu təqdimatla bir daha təsdiq etdilər.