Valideynin məktəbdə bir günü

31.05.2019-cu il tarixdə məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli, F-66 nömrəli əmrinin tələblərinə müvafiq olaraq növbəti dəfə "Valideynin məktəbdə bir günü" layihəsi reallaşdırıldı.Tədbir əvvəlcədən hazırlanmış proqrama müvafiq aparıldı. Valideynlər məktəbin foyesində qarşılandılar.Məktəbin direktoru Lətifə Əzimova və direktor müavini Mehriban Məmmədova valideynləri məktəbin akt zalı, kitabxanası, fənn kabinetləri, idman zalı, yeməkxanası ilə tanış etdilər.Daha sonra hamı akt zalına keçdi. Əvvəlcə məktəbin direktoru cari problemlər və aktual məsələlər barədə danışdı. Şagirdlərin təlim nəticələri, monitorinq nəticələri barədə valideynlərə məlumat verildi. Daha sonra söz valideynlərə verildi. Onların problemləri, tövsiyələri dinlənildi. Görüş məhsuldar şəraitdə keçdi.