Uşaqlar hər zaman xoşbəxt olsunlar

Uşaqların Beynəlxalq Müdafiəsi Günü- 1 iyunun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
29.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə körpə fidanların iştirakı ilə Uşaq Gününə həsr edilmiş “ Uşaqlar hər zaman xoşbəxt olsunlar” adlı tədbir oldu. Tədbirin təşkilatçısı ibtidai sinif müəllimi Səbinə Allahverdiyeva idi.Uşaqların bir-birindən gözəl çıxışları izləyicələri heyran qoydu.