Qələbə marşını yazacağıq biz!

27.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə körpə fidanların təqdimatında 28 may-Respublika gününə həsr edilmiş “Qələbə marşını yazacağıq biz! “ adlı tədbir keçirildi. Tədbirin təşkilatçısı ibtidai sinif müəllimi Ülkər Bərxudarova idi. Tədbir Dövlət himninin səslənməsi ilə başladı. Daha sonra izləyicilərə AXC-nin qurucularının həyat yolunu və siyasi fəaliyyərlərini əks etdirən video çarx təqdim edildi. Müasir Azərbaycan Respublikasinin inkişaf yoluna nəzər salındı. Daha sonra körpə fidanlarımız müxtəlif səhnəciklərlə, şeir, mahnı və rəqs nümunələri ilə çıxış etdilər. Tədbirdə valideynlər, müəllimlər və məktəb rəhbərliyi iştirak edirdi.