Estetik fənlər şagirdlərə gözəl görməyi, incə düşünməyi aşılayır

27.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə estetik fənlər aylığı çərçivəsində təsviri incəsənət, texnologiya və musiqi fənlərini əhatə edən hesabat xarakterli tədbir oldu. Tədbirin təşkilatçısı fənn birləşməsinin rəhbəri Sayad Şahgəldiyeva idi. Bu tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi və kiçik rəssamlarımızın müxtəlif motivli rəsm əsərləri nümayiş etdirildi. Daha sonra məktəbin xor dərnəyinin üzvləri gözəl mahnılar ifa etdilər. Şagirdlərimiz milli və xarici rəqslərdən nümunələr göstərdilər. Tədbir maraqlı və rəngarəng keçdi. Bu tədbirdən sonra estetik fənlərin şagirdlərdə bədii zövqün, yaradıcı bacarıqların aşılanmasında və formalaşmasındakı rolunun danılmaz olduğunun bir daha şahidi olduq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi