Naxışlarda əbədiləşən həyat

23.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseyin 7r2 sinfində “Estetik fənlər aylığı” çərçivəsində təsviri incəsənət fənnindən nümunə dərs keçirildi. Müəllim Qumru Aslanova dərsi elə təşkil etmişdir ki, sözün əsl mənasında özünü rənglər dünyasında hiss edirdin. Mövzu “Naxışlarda əbədiləşən həyat” idi. Dərs Azərbaycanın qədim el sənətlərindən biri olan xalçaçılıqdan bəhs edirdi. Dərsdə şagirdlər öz tədqiqat işlərinin nəticəsi kimi xalçanın nə üçün qədim dekorativ sənət növü olduğunu əsaslandırdılar. Dərsin gedişində şagird təqdimatlarında xalça sənətinin gərəkliliyindən, xalçanın hazırlanma mərhələləri və xalça növlərindən bəhs edildi. Azərbaycanın dünya müzeylərində maddi irs kimi saxlanan xalçaları, xalça rəssamları və s. haqqında video materiallar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi