Pedaqoji kollektiv ilə iclas keçirildi

Mayın 23-də 220 nömrəli məktəb-liseydə məktəbin Pedaqoji kollektivi ilə iclas keçirildi. İclasın məqsədi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəb rəhbərləri ilə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrində idarəetmənin gücləndirilməsi məqsədilə keçirilən müşavirədə məktəb rəhbərlərinə verilmiş təlimatların pedaqoji heyətə çatdırılması və Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərin müzakirə edilməsi idi. Təhsil müəssisəsinin qarşısında duran əsas hədəflər müəllimlərin diqqətinə çatdırıldı. Sağlam mənəvi-psixoloji mühitin yaradılması yolları müzakirə edildi.Bu mövzuda pedaqoji heyətin rəy və təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi