Azərbaycan qədim tarixi diyar kimi

Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında BŞTİ-nin Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət planı əsasında hazırlanmış birgə İş Planına uyğun olaraq Bakı şəhəri 220 nömrəli məktəb-liseyin II yarım il üçün həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planında əksini tapdığı kimi, 22.05.2019-cu il tarixində 7-ci sinif şagirdləri üçün “Azərbaycan qədim tarixi diyar kimi” adlı mühazirə-dərs keçirildi. Dərsi tarix müəllimi İsmayılova Könül hazırlamışdı. Könül müəllim şagirdlərlə birgə miladdan öncəki dövrdən başlayaraq Azərbaycan dövlətinin formalaşıb bugünə qədər keçdiyi yola nəzər saldı. Tarixə iz salan şəxsiyyətlərimiz, onların liderlik məziyyətləri barədə slaydlar göstərildi. Sonda şagirdlərin hər biri bir Azərbaycan hökmdarı barəsində təqdimat etdilər. Dərsdə məktəbin direktoru Lətifə Əzimova və direktor müavini Mehriban Məmmədova da iştirak edirdilər.vv