Biz hüquqlarımızı tanıyırıqmı?

23.05.2019-cu il tarixində Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə 9-cu sinif şagirdləri ilə “Biz hüquqlarımızı tanıyırıqmı?” adlı dəyirmi masa keçirildi. Tədbir məktəbin kitabxanasında baş tutdu. Tədbirin təşkilatçısı Xanım Qasımova idi. Məktəbin direktoru Lətifə Əzimova, direktor müavini Mehriban Məmmədova və kitabxana heyəti də müzakirələrdə iştirak edirdi. Şagirdlər şagird hüquqları və vəzifələri haqqında fikir bildirərək, öz haqlarını və eyni zamanda öhdəliklərini bilməyən insanları gözləyən aqibət barədə düşüncələrini bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi