7-ci sinif şagirdimiz qalib oldu

Məktəbimizin şagirdlərinin əldə etdikləri uğurların bir istiqamətdə deyil, müxtəlif fənlər üzrə, fərqli sahələrdə qazanılması bizləri hədsiz sevindirir. Növbəti sevindirici xəbər Nicatın qələbəsi oldu.
Ə.Mahmudov adına 220 nömrəli məktəb liseyin 7r1 sinif şagirdi Nicat Mazanlı Respublikada İnformatika fənni üzrə 7-ci siniflər arasında keçirilən ALPlogo-2019 proqramlaşdırma Olimpiadasında 2-ci yeri tutmuşdur.
12 may 2019 cu il Bakıda Müasir Təhsil kompleksində keçirilən ALPlogo Olimpiadasının nəticələri 21 may 2019 informatika.az rəsmi səhifəsində paylaşıldı. Bu qələbə bir daha sübut etdi ki, 220 nömrəli məktəb-liseydə texnologiya əsrinin sürəti ilə ayaqlaşmağı bacaran gənclər yetişir.