Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Bədii Qiraət” gecəsi keçirildi

11.05.2019-cu il tarixində Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə ana dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə İmadəddin Nəsimi yaradıcılığını özündə əks etdirən “Bədii Qiraət” gecəsi keçirildi. Müsabiqədə V-XI sinif şagirdlərindən öz qiraət bacarıqları iıə fərqlənənlər Nəsimi yaradıcılığından seçib ifa etdikləri qəzəl nümunəsi ilə iştirak edirdilər. Şagirdlər münsiflər heyəti tərəfindən öncədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirildilər. Gecədə dahi şairin həyat və yaradıcılığını geniş şəkildə özündə əks etdirən video material nümayiş etdirildi. Tədbirdə məktəbin müəllimləri, kitabxana heyəti, şagirdlər və valideynlər iştirak edirdilər. Müsabiqənin sonunda 3 nəfər şagird əruz vəzninə daha yaxın ifa tərzinə, bədii bacarıqlarına görə fərqlənərək xüsusu yerlərə layiq görüldülər. “Minnət qoyma” qəzəli ilə 1-ci yerin qalibi Manafova Ləman, 2-ci yerin qalibi Əliyeva Hüsna və 3-cü yerin qalibi Babayev Fuad ana dili və ədəbiyyat fənn birləşməsinin rəhbəri, eyni zamanda tədbirin ərsəyə gəlməsində xüsusi əməyi olmuş Aybəniz Mirzəliyeva tərəfindən kitab hədiyyələri və diplomla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi