Məktəbimizdə möhtəşəm “Dostluq” idman festivalı keçirildi

20.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə OCEP 2019 layihəsi çərçivəsində möhtəşəm “Dostluq” idman festivalı keçirildi. Festival Azərbaycanın üçrəngli müqəddəs bayrağının meydana gətirilməsi və Dövlət himninin səslənməsi ilə açıldı. Daha sonra aparıcılar turnir iştirakçılarını öz komanda kapitanları və müəllimləri ilə birgə “Cəngi” sədaları altında meydana çagırdılar. Tədbir şagirdlərin nümayış etdirdikləri müxtəlif idman nömrələri, rəqs nümunələri və mahnı ifaları ilə davam etdi. Komandalar müxtəlif idman növləri üzrə öz aralarında yarışdılar. Andorra və Azərbaycanın qardaşlıq rəqsi ilə tədbir sona çatdı. Qalib iştirakçılar münsiflər tərəfindən medal və diplomlarla təltif edildi. Bu möhtəşəm tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, Nizami Rayon İcra Hakimiyyətindən, Azərbaycan Milli Olimpiya Komitəsindən nümayəndələr iştirak edirdilər.