Onların hər uğurunda bir müəllim əməyi gizlənib

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə milli mərhələsi keçirilmiş Avropa Pul Viktorinasının final mərhələsi baş tutub.
Azərbaycan məktəblilərinin ilk dəfə qoşulduğu yarışmada ölkəmizi 257 nömrəli məktəbin şagirdi Fərid Rəcəbov və 220 nömrəli məktəb-liseyin şagirdi Pərviz Fərzəliyev təmsil edib.
May ayının 7-də Belçikanın Brüssel şəhərində keçirilən Avropa Pul Viktorinasının final mərhələsi 2 turdan ibarət olub. İştirakçılar hər turda 15 sualı cavablandırıblar.
28 ölkədən 56 məktəblinin mübarizə apardığı yarışmanın nəticələrinə görə ölkəmizi təmsil edən komanda ilk 10-luqda qərarlaşıb. Yarışmada ilk yeri Sloveniya, 2-ci yeri Makedoniya , 3-cü yeri isə Almaniya təmsilçiləri tutub.
Qeyd edək ki, Avropa Banklar Federasiyasının keçirdiyi Avropa Pul Viktorinasında ilk üç yerin qalibləri pul mükafatı, digər iştirakçılar isə fərqlənmə diplomları ilə təltif edilib.
Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləməkdir.
Yarışda Azərbaycanı təmsil edən şagirdimiz Pərviz Fərzəliyevə məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi