Bütün eTwining məktəbləri,eləcə də 220 nömrəli məktəb-lisey Dublində layiqincə təmsil edildi

eTwinning layihəsi çərçivəsində 09-11 may 2019-cu il tarixlərində İrlandiyanın Dublin şəhərində keçirilən Tematik Konfransda Azərbaycanı 3 nəfərlik nümayəndə heyəti təmsil edib. Konfrans daxilində məktəb idarəçiliyi, inklusiv təhsil və pedaqoji inkişaf metodları sahəsində 3 paraleldə olmaqla 24 təlim, müzakirə paneli və çıxışlar təşkil olunmuşdur. 40 avropa ölkəsinin direktor və müəllimlərini təmsil edən konfransda Azərbaycandan Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova və Bakı şəhər 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova iştirak etmişdir. Konfrans “eTwinning school” adına layiq görülmüş məktəb direktorları və müəllimləri üçün təşkil edilmişdir. Bildiyiniz kimi hazırda Azərbaycan üzrə 9 məktəb “eTwinning school” adı qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi