TEDx layihəsi çərçivəsində şagirdlərimiz ADU-da

13 may 2019-cu il tarixində 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım Qasımovanın təşəbbüsü və rəhbərliyi ilə 220 nömrəli məktəb-liseyin şagirdləri Azərbaycan Dillər Universitetində TEDx lahiyəsinin xətti ilə müxtəlif mövzularda çıxışlar etdilər.Tədbirdən öncə universitetin İngilis dili nitq leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Aytən Hacıyeva, kafedranın dosenti Vahid Ərəbov , Xarici Dillərin Tədrisi metodikasının kafedrasının baş müəllimi Vüsalə Əliyeva şagirdləri universitetlə tanış etmişlər. Şagirdlər müxtəlif kafedralarda olmuş professorların iş fəaliyyətləri ilə bağlı söhbətlərini dinləmiş və onları maraqlandıran suallara cavab vermişlər. Universitetin rektoru akademik Kamal Abdullayev şagirdləri ,valideynləri qəbul etmiş,onlarla səmimi söhbət aparmışdır. Daha sonra müəllim və tələbə heyəti qarşısında 220 saylı məktəb-liseyin yaradıcı şagirdləri Şəfaqətova Leyla ,İsmayılov Zakir, Cəlilov Şahin ,Məmmədov Rəşad, Məmmədova Fatimə, Zeynalov Ağamalı, Məmmədzadə Nigar, Adilov Yusif, İsmayılova Fidan və Cəfərzadə Leyla Azərbaycan və ingilis dillərində müxtəlif mövzularda TEDx çıxışları təqdim etmişlər. Düşündürücu və aktual fəlsəfi mövzularda olan bu çıxışlar maraqla qarşılanmışdır. Sonda universitet rəhbərliyi iştirakçıları tərifnamə ilə mükafatlandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi