Kitabxanalar ədəbi irsimizin qorunduğu xəzinələrdir

10.05.2019-cu il tarixində 220 saylı məktəb -liseyin 7 “C” sinif şagirdləri ana dili fənnindən "Qədim kitabxanalar" mövzusunu məktəbin kitabxanasında öyrəndilər. Öncə ana dili müəllimləri Xanım Qasımova mövzu ilə bağlı geniş məlumat verdi. Daha sonra məktəbin kitabxana müdiri Bənövşə Həsənova kitabxananin iş fəaliyyəti ilə bağlı məlumatları şagirdlərlə bölüşdü. Şagirdlərin mövzu ətrafında müxtəlif təqdimatları dinlənildi. Onlar kitabxanaların əhəmiyyəti və vacibliyinə, gənc nəslə mənəvi dəyərlərin aşılanmasında kitabxanaların roluna, uşaqların dünyagörüşünün, söz bazasının formalaşmasında mütaliənin önəminə toxundular. Daha sonra Xanım müəllim və Bənövşə xanım şagirdləri maraqlandıran suallara cavab verdilər. Dərs kitabxana mühitində daha da maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi