Sən elə bir zirvəsən

08.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseyin birinciləri arasında Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr edilmiş şeir müsabiqəsi keçirildi. Şeir müsabiqəsini ibtidai sinif müəllimi Taliyə Mirzəliyeva təşkil etmişdi.Taliyə müəllimin birinciləri bir-birindən gözəl ifaları ilə münsifləri təəccübləndirdilər. İfa edilən şeirlər Ulu Öndəri, onun vətəni üçün şam kimi yandırdığı ömrünü vəsf edirdi. Sinif otağı ümummilli liderimizin portretləri, Azərbaycanı tərənnüm edən rəsm əsərləri ilə bəzədilmişdi. Uzun və çətin bir seçimdən sonra münsiflər qaıib şagirdləri müəyyənləşdirərək ,onlara diplomlar verdilər. Tədbirdə məktəbin direktor müavinləri Mehriban Məmmədova, Gülşən Vahidova, məktəbin psixoloqu Gülbəniz İsmayılova, ana dili və ədəbiyyatı müəllimləri Xanım Qasımova, Səidə Mirzəyeva iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi