Təbiətlə inteqrativ ingilis dili dərsi

07.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseyin 6ç sinfində təbiətlə inteqrativ şəkildə ingilis dili dərsi keçirildi. Dərs ingilis dili müəllimi Aygün Musayeva tərəfindən təşkil esilmişdi. Dərsin mövzusu “Ecology and man” idi. Öncə şagirdlər ingilis dilində təbiət və ekologiya haqqında təqdimatlar etdilər. Hazırladıqları posterləri ağaclara və divarlara yapışdırdılar.Posterlər ingilis dilində tərtib edilərək, şagirdləri təbiəti korlamamağa və çirkləndirməməyə səsləyirdi.Daha sonra uşaqlar özləri ilə gətirdikləri gülləri məktəbin həyətyanı sahəsinə əkdilər. Let us, protect the nature!