Biologiya fənnindən fəal dərs nümunəsi

07.05.2019 tarixində 220 nömrəli məktəb-liseydə “Ailə. Ailənin bioloji əsasları” mövzusunda fəal dərs nümuməsi izlədik. Dərs 8”Z” sinfində keçirildi. Fənn biologiya,fənn müəllimi Hacıyeva Nərgiz idi. Dərsin motivasiyası ailənin sosial əsasları və sosial əhəmiyyətinin üzərində qurulmuşdu. Müəllim şagirdlərə “Ailə nədir?” sualını ünvanladı. Şagirdlər öz fikirlərini kiçik kağız parçalarına yazaraq lövhəyə yapışdırdılar. Müəllim hər bir kağız parçasını oxuyaraq, şagirdləri bir-birinin fikirləri ilə tanış etdi. Cavablar əsasən ailəni sosial mühit kimi xarakterizə edirdi. Lakin ailəni bioloji cəhətdən açan cavablar da oldu. Müəllim beləcə dərsi tədqiqat sualına yönləndirdi. Daha sonra özü dölun mayalanması, doğulması prosesini izah edərək, şagirdlərə tədqiqat üçün lazımı resusrlar və iş vərəqləri verdi. Şagirdlər dərsdə prosesi əks etdirən video material da izlədilər. Sonda qarşıya qoyulmuş məqsədlərə nail olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi