Olimpiya dəyərləri mövzusunda növbəti TED

Bakı şəhəri 220 saylı məktəb-liseydə 03.05.2019-cu il tarixində OSEP 2019 layihəsi çərçivəsində XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş növbəti tədbir baş tutdu. “Olimpiya dəyərləri" mövzusunda məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım Qasımova ana dilində, X sinif şagirdi Şahin Cəlilov isə ingilis dilində çıxış təqdim etdilər. Təqdimatda olimpiadaların xalqların həyatında rolu, Azərbaycan və Andorranin olimpiya oyunlarında iştirakı, bu oyunların dünya xalqlarını hansı şəkildə yaxınlaşdırdığı barədə danışıldı. Xl sinif şagirdi Zakir İsmayılov isə ingilis dilində "Taleyimizi özümüz yazaq" mövzusunda motivasiya səciyyəli çıxış hazırlamışdı. Hər iki təqdimat maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi