Susaraq danışmaq mümkündürmü?

06.05.2019-cu il tarixində 220 nömrəli məktəb-liseyin 6”D” sinfində ana dili fənnindən “Susaraq danışmaq mümkündürmü?” adlı maraqlı bir dərs nümu əsi izlədik. Mövzu maraqlı və şagird həyatı üçün aktual bir mövzu idi. Öncə əsərdən hissələr oxundu. Hər hissənin ayrı-ayrılıqda müzakirəsi təşkil edildi. Daha sonra müəllim tərəfindən tədqiqat sualını açmaq üçün hədəflənmiş tapşırıqlar şagirdlərə təqdim ediıdi. Ən maraqlı məqam müəllimin “ Bu əsərin sonunu sən necə yazardın?” sualına şagirdlərin verdikləri müxtəlif səpkili cavablar oldu. Dərsdə şagirdlər aktiv iştirak edirdilər. Onlar öz mülahizələri və gətirdikləri arqumentlərlə həqiqətən də “ Bəzən susaraq verilən cavab deyilən hər sözdən dəyərlidir” fikrini əsaslandıra bildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi