Növbəti monitorinqlərimiz yekunlaşdı

22.04.2019-26.04.2019-cu il tarixlərində 220 nömrəli məktəb-liseydə V-XI sinifləri əhatə edən növbəti monitorinq keçirildi. V-VIII siniflər üzrə monitorinqimiz proqram təminatı tətbiq edilməklə 3 fənn üzrə(ana dili, riyaziyyat,ingilis dili) məktəbin akt zalında keçiriıdi. İmtahan bitən kimi şagirdlər öz nəticələrini öyrəndilər. Suallar 4 variantda tərtib edilmişdi. IX siniflərin monitorinqi isə sual kitabçası və cavab kartı vasitəsi ilə 3 fənn üzrə ( ana dili, riyaziyyat və ingilis dili) buraxiliş imtahanlarının ikinci mərhələsinin formatına uyğun tərtib edilərək keçirildi. Böyük məsuliyyət, zəhmət və gərgin əmək sayəsində ərsəyə gələn iş keyfiyyət baxımından da məktəb rəhbərliyinin və valideyn ictimaiyyətinin təqdirinə layiq oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi