İnteraktiv dərs nümunəsi

26.04.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə 8”Z”sinfində müəllim Cəmilə İbrahimovanın təqdimatında fizika fənnindən “Naqilin müqavimətinin onun növündən və ölçülərindən asılılığı” mövzusunda “Açıq dərs” keçirildi. Dərs interaktiv idi. Dərsdə müxtəlif veb alətlərdən və internet resurslarından istifadə edildi. Dərsin quruluşu, zamanın mərhələlər arasında düzgün nisbətdə bölüşdürülməsi, tapşırıqların tədqiqat sualına ünvanlı olması, qiymətləndirmənin operativ və meyarlar əsasında aparılması,əyaniliyin təmin edilməsi təqdirəlayiq idi. Dərsdə mövzu ətrafında müxtəlif təcrübələr aparıldı.Şagirdlər fəal və nəzəri cəhətdən təlimatlı idilər. Əvvəlki mövzularla bağlantılı nüanslarda fikirlərini qanunlarla əsaslandırırdılar. Dərsin sonunda qarşıya qoyulmuş məqsədlərə nail olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi