Uğura gedən yol

25.04.2019-cu il tarixində 220 nömrəli məktəb-liseyin 7”R” sinfində ana dili fənnindən “ Ugura gedən yol” mövzusunda “nümunə dərs” oldu. Müəllim Məmmədova Gülnarənin təqdimatında olan dərs çox uğurlu alındı. Şagirdlər mövzu ətrafında maraqlı fikir mübadiləsi apardılar. Onlar arqumentlər gətirir, həmin arqumentləri öz yaşadıqları, təcrüdə etdiklərindən gətirdikləri sitatlarla əsaslandırırdılar. Dərs sona qədər yüksək işgüzar atmosferdə keçdi.