Onlar himnimizi böyük bir qürurla ifa edəcəklər

Ə. Mahmudov adına 220 saylı məktəb-liseydə təhsil alan və Bakı şəhəri Nizami rayonu 1 nömrəli Uşaq Evinin himayəsində yaşayan bir neçə şagirdimiz 2019- cü il aprel ayında keçirilən Formula 1 yarışlarında iştirak edəcəklər. Gələcəyin ulduzları adına layiq görülmüş şagirdlər Gülcahan İsmayılova, Anjelika Həmrayeva, İlkin Muradov və Bəhlul Bayramov Azərbaycan Respublikasının himnini Formula - 1 yarışının açılış mərasimində digər uşaqlarla birlikdə ifa edəcəklər.