Şagirdlərimizin daha bir uğuru

Bakı şəhəri Nizami rayonu 1 nömrəli Uşaq evinin himayəsində yaşayıb, tərbiyə alan və eləcə də 220 nömrəli məktəb-liseydə təhsil alan 17 nəfər azyaşli 1 nömrəli Uşaq Evinin direktoru Nərminə Zohrabova və bədii rəhbər Rövşən Məmmədov ilə birgə 2019- cü ilin aprel ayında Türkiyə Respublikasının İzmir şəhərində keçirilən 23 Nisan Çocuq Festivalında iştirak etmişlər. "Azəri" rəqs qrupunun festivaldakı çıxışları tamaşaçılar tərəfindən çox bəyənilmiş və maraqla qarşılanmışdır. Bir həftə davam edən festivalda şagirdlərimiz İzmir şəhərinin tarixi abidələri ilə yaxından tanış olmuşlar.