İdeoloji maarifləndirmə sahəsində mühazirə-dərs

Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında “BŞTİ-nin,Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət planı əsasında hazırlanmış birgə İş Planı” na uyğun olaraq Bakı şəhəri 220 nömrəli məktəb-liseyin ll yarımil üçün (fevral-iyun) həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planında əks olunduğu kimi bu gün 8-ci sinifdə ideoloji maarifləndirmə sahəsində “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi” mövzusunda mühazirə-dərs keçirildi. Mühazirəni məktəbin tarix müəllimi İsmayılova Şərqiyyə təqdim etdi. Dərsi dinləyənlərin sırasında məktəbin direktoru Lətifə Əzimova, direktor müavini Mehriban Məmmədova, tarix müəllimi İsmayılova Könül də var idi. Dərsin birinci hissəsi müəllimin mövzuya dair mühazirəsindən, ikinci hissəsi isə mövzu ətrafinda təşkil edilmiş şagird-müəllim diskussiyasından ibarət oldu.Şagirdlərin maraqlı təqdimatları oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi