Aprel qəhrəmanları anıldı

Qəhrəmanlıq haqqında belə bir deyim var: " Qəhrəman doğulmurlar, qəhrəman olurlar".  2016-cı ilin apel ayında Azərbaycanın növbəti qəhrəmanları məhz qələbəyə imza atan oğullar oldu. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər.
220 nömrəli məktəb-liseydə bu həftə Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər təşkil olundu. Bu tədbirlərdən ən möhtəşəmi isə ibtidai sinif müəllimi Siyatel İskəndərovanın təşkilatçılığı ilə keçirilən tədbir idi. Aprel şəhidlərindən Urfan Vəlizadənin, Müşfiq Orucovun, Tural Dadaşovun ailə üzvləri, məktəbimizin adını daşıdığı milli qəhrəmanımız Ərəstun Mahmudovun qızı Mehriban xanım və Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı tədbirimizin qonaqları idi. Tədbirdə şagirdlərin qələbə ruhlu kompozisiyaları dinlənildi.Şəmistan Əlizamanlının ifasında qələbə marşı səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi