Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir

Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Təhsil Nazirliyinin 2019- cu il üçün fəaliyyət planının əsasında hazırlanmış BŞTİ-nin Birgə İş Planına uyğun olaraq 220 nömrəli məktəb-liseyin fevral-iyun aylarında həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət planında əksini tapan, milli-mənəvi ümumbəşəri və multikultural dəyərlərin təbliği və təşviqinə istiqamətlənmiş “ Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” adlı debat 14.03.2019-cu il tarixində 220 nömrəli məktəb-liseyin kitabxanasında təşkil edildi. Debata məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədova rəhbərlik edirdi. Görüşdə eyni zamanda məktəbin direktor müavini Gülşən Vahidova, məktəbin psixoloqu Gülbəniz İsmayılova, fənn müəllimi Cəmilə İbrahimova da iştirak edirdilər. Müzakirələr məhsuldar şəraitdə davam etdi. 9-10 -cu sinif şagirdlərindən təşkil edilmiş debatda uşaqlar çox fəal idilər. Mövzu ilə əlaqədar arqumentlərini və fikirlərini əsaslandırır, müəllimlərinin düşüncələrinə münasibət bildirirdilər. Tədbir şagirdlər üçün maarifləndirici və maraqlı oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi