Ayın məktəbi seçildik

OSEP 2019 layihəsi çərçivəsində göstərilən fəallıq, yüksək səviyyədə təşkil olunan tədbirlər və uğurlu əməkdaşlıq nəticəsində bir deyil, üç təhsil müəssisəsi eyni anda birinciliyə layiq görüldü. Həmin təhsil müəssisələri aşağıdakılardır:
1. 20 №-li məktəb-lisey
2. 220 №-li məktəb-lisey
3. Bakı Avropa Liseyi
220 nömrəli məktəb-lisey artıq fevral ayından "Olimpiya mədəniyyəti və təhsil proqramı( OSEP)" layihəsinə qoşulmuşdur. Bu layihə çərçivəsində məktəb-lisey püşkatmada seçilmş ölkə "Andorra" və "Olimpiya oyunları" mövzusunda silsilə tədbirlərə start vermişdir.