İnsan və zaman

13.03.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə “ İnsan və zaman” mövzusunda maraqlı bir TED keçirildi. Burada 6,7, 9 və 10-cu sinif şagirdləri mövzuyla əlaqəli maraqlı çıxışlar etdilər. TED -in hazırlanmasında koordinatorluğu məktəbin ana-diıi və ədəbiyyat müəllimi Xanım Qasımova edirdi. Tədbiri 10-cu sinif şagirdi Leyla Şəfaqətova aparırdı. Şagirdlər və müəllimlər TED-i sonadək böyük maraqla izlədilər. Şagirdlər analızləri, sərbəst fikir yürütmək, düşüncələrini aydın ifadə etmək bacarıqları ilə izləyiciləri təəccübləndirdilər. Tədbirin sonunda məktəbin direktor müavini Mehriban Məmmədova mövzu ilə bağlı fikirlərini və şagirdlərə tövsiyyələrini çatdırdı.