Qaliblər mühakimə edilməz

5 mart məktəbimizdə 10-cu sinif şagirdlərinin “Qaliblər mühakimə edilməz” adlı maraqlı bir debatı oldu. Debatı təşkil edən 220 nömrəli-məktəb liseyin ana dili-ədəbiyyatı müəllimi Fətiyeva Könül idi. Debat çox maraqlı və işgüzar diskussiya şəklində irəliləyirdi. Şagirdlər uğura gedən yol, uğurun şərtləri, qələbə sevinci, qələbəni yaradan zəminlər və s. barədə məhsuldar fikir mübadiləsi etdilər. “Kimləri qalib, nələri qələbə hesab etmək olar?” fikri ətrafında təqdimatlar hazırladılar. Debatda yüksək intelektli, məntiqi və yaradıcı düşüncəyə malik, gözəl analiz qabiliyyəti, əsaslandırmaq bacarığı olan şagirdlər çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi