1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol tərəfindən Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatının yaranması ilə müəyyən edilmişdir. Sonralar bu təşkilat Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir.
Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Məktəblərdə də 2-ci, 5-ci və 6-cı siniflərdə Mülki Müdafiə dərs kimi tədris edilir. Burada məqsəd şagirdləri qəza və təbii fəlakət zamanı necə davranacaqları və hansı tədbirləri görəcəkləri barədə maarifləndirməkdir. Bu gün məktəbimizdə şagirdlərin bu mövzuya həsr etdikləri rəsm əsərləri sərgiləndi. 2”G” sinfində hərbi rəhbər Mübariz Məmmədovun və sinif müəllimi Elza Bağırovanın təqdimatında Mülki Müdafiə Gününə həsr edilmiş “ açıq dərs” keçirildi. Şagirdlər mövzu ətrafında diskussiya etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi