Milli qəhrəmanımızın doğum günü anıldı

23 fevral 220 nömrəli məktəb-liseyin böyük bir qürur və şərəflə adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudovun doğum günüdür. Həmin gün məktəbin foyesində qəhrəmanımızın büstü qarşısına tər çiçəklər qoyuldu. Siniflərdə onun xatirəsi anıldı. Bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 2"E" və 2"G" sinif şagirdləri hazırladıqları “Şəhidlər ölməz, Vətən bölünməz” adlı kompozisiya ilə qəhrəmanımızın adını şagird yaddaşına bir daha hopdurdular. Ərəstun Mahmudova allahdan rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi