Hər ailəyə bir sevinc

22 fevral 2019-cu il tarixdə Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə Türkiyə və Azərbaycan məktəbləri arasında Beynəlxalq eTwining Plus layihəsi çərçivəsində “HƏR AİLƏYƏ BİR SEVİNC” adlı layihənin xeyriyyə məqsədilə SATIŞ SƏRGİSİ həyata keçirilmişdir. Sərgidə layihə rəhbəri Firdanə Məmmədova və iştirakçı müəllim Fidan Əliyevanın və onların 2-ci və 3-cü sinif şagirdlərinin əl işləri nümayiş etdirilmişdir.
Sərginin açılışında 220 saylı məktəb liseyin direktoru Lətifə Əzimova, eTwinning Plus Azərbaycan layihə Kordinatoru Fidan Nəcəfova, eTwinning Plus Azərbaycan layihə Səfiri Ofeliya Qafarova iştirak etmişdir.
220 nömrəli məktəb-lisey 2013-cü ildən Avropa Şurasının eTwinning Plus layihəsinə qoşulmuşdur və bir sıra beynəlxalq təhsil layihələrini müvəffəqiyətlə həyata keçirmişdir.
2018-ci ildə 220 nömrəli məktəb-lisey eTwinning School Müsabiqəsində qalib olaraq eTwinning School Avropa Məktəbi adını qazanmışdır.
“Hər ailəyə bir sevinc” adlı layihə mənəvi dəyərlərimizə aid xüsusiyyətlərdən biri olan paylaşmağı, xeyirxahlığı özündə əks etdirir. Xüsusilə kiçik yaşlı məktəblilərdə bu keyfiyyəti aşılamaq, mərhəmətli olmağı öyrətmək hər bir müəllimin, valideynin borcudur.
Satış sərgisi bu layihənin bir mərhələsdir. Şagirdlər əvvəlcə yaşıdları arasında sorğu təşkil etdilər. Müxtəlif yollarla onların arzu və istəklərini, ehtiyaclarını öyrəndilər. Hansı şəkildə kömək edə biləcəkləri haqqında ESSE yazdılar. Gəlir əldə edilə biləcək yolları araşdırdılar və belə qənaətə gəldilər ki, əl işləri hazırlayıb satışa çıxarsınlar. Oradan əldə olunan vəsait hesabına büdcə yaradaraq yaşıdlarının ehtiyaclarını qarşılasınlar.