Valideynin məktəbdə bir günü

21.02.2019 tarixində 220 nömrəli məktəb-liseydə “Valideynin məktəbdə bir günü” adlı layihə keçirildi. Layihənin məqsədi valideyn-məktəb münasibətlərinin təkmilləşdirilməsi, valideynlərin məktəb həyatına daha sıx cəlb edilməsi, onların məktəblə yaxından tanışlığı idi. Bu layihə çərçivəsində həmin gün 5-11 ci siniflər üzrə hər sinifdən iki nümayəndə olmaqla valideynlər məktəbə dəvət edildi. Onları məktəb rəhbərliyi qəbul edərək, layihə və günün planı haqqında məlumat verdi. Daha sonra valideynlər məktəbin komputer otaqları, akt zalı, kitabxanası, idman zalı, fənn kabinetləri ilə tanış edildilər. Foyedə sərgilənən şagirdlərimizin çəkdikləri rəsmlərə baxdılar. Planda nəzərdə tutulduğu kimi öncədən hazırlanmış qrafikə əsasən müxtəlif siniflərdə fənn müəllimlərinin dərslərini dinlədilər. Daha sonra akt zalında toplandılar. Məktəbin direktoru Lətifə Əzimova, direktor müavinləri Mehriban Məmmədova , Gülşən Vahidova və məktəb psixoloqu Gülbəniz İsmayılovanın iştirakı ilə valideynlərlə səmimi şəraitdə görüş keçirildi. Görüşdə onların məktəb, iştirak etdikləri dərslər barədə təəssüratları dinlənildi. İrad və tövsiyyələri eşidiıdi. Eyni zamanda məktəb rəhbərliyi valideyn-məktəb münasibətlərinin qurulması prizmasında öz istək və arzularını dilə gətirdi. Görüşün bədii hissəsində şagirdlərimizin ifasında mahnılar, şeirlər ifa edildi, rəqs nümunələri təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi