3-cülər “Müdrik rəhbər” mövzusunda təqdimat etdilər

21.01.2018-cu il tarixində 3”D” sinfinin şagirdləri ana dili fənnindən “Müdrik rəhbər” mövzusu üzrə təqdimat etdilər. Sinif müəllimi Ağayeva Səadət şagirdlərə fasilitatorluq edərək informasiya müzakirəsini və mübadiləsini düzgün məcraya yönəldə bildi. Şagird təqdimatları “Əgər dövlət başçısı məsuliyyətsiz olarsa xalqın aqibəti necə olar?” sualı ətrafında hazırlanmışdı. Təqdimatlar rəngarəng, maraqlı və müxtəlif səpkili idi. Təqdimat əyləncəli keçdi və aktual mövzuya həsr edilmişdi.