20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir

220 nömrəli məktəb-liseyin tədbirlər planına uyğun olaraq “20 yanvar faciəsi” nin 29-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir. 16 yanvar tarixində məktəbin akt zalında “20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirildi. Tədbirdə bu qara və qanlı günü şagird yaddaşına həkk etmək məqsədi ilə faciəni əks etdirən video materiallar nümayiş etdirildi. Şagirdlərin ifasında vətənpərvərlik hissini tərənnüm edən şeir və mahnılar səsləndi. Şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla anıldı.Tədbir məktəbin direktoru Lətifə Əzimovanın çıxışı ilə sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi