220 nömrəli-məktəb liseydə növbəti uğurlu dərs nümunəsi

16 yanvar tarixində 220 nömrəli məktəb-liseyin 3”A” sinfində Azərbaycan dili fənnindən sözün əsl mənasında öyrədici və yaradıcı bir dərsi dinlədik. Bayramova Cəmilənin təqdim etdiyi bu dərsin mövzusu “Qaraca qız” idi. Dərs 45 dəqiqə ərzində çox rəngarəng, işgüzar səs-küylü və canlı keçdi. Müəllim fəal təlimin müxtəlif formalarından və üsullarından istifadə etdi. Debatda şagirdlər öz mühakimələrini maraqlı arqumentlərlə əsaslandırmağı bacardılar. Şagirdlər rollu oyunlarla əsərdən parçaları nümayiş etdirdilər. Dərsin sonunda qarşıya qoyulmuş məqsədlərə bir-bir nail olundu. Dərsdə ana dili, həyat bilgisi fənlərinə inteqrasiya reallaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi