Ana dilindən növbəti nümunə dərs

Bu gün 220 nömrəli-məktəb-liseyin 5”A” sinfində ana dili fənnindən “açıq -nümunə dərs” keçirildi. Ana dili müəllimi Vəliyeva İzahatın təqdim etdiyi dərsin mövzusu ”Leksikologiyanın ümumiləşdirilməsi” idi. Dərsdə təlim formalarından qrup işi və cütlərlə iş istifadə edildi. Təlim üsulu kimi əqli hücum, Venn diaqramı, anlayışın çıxarılması kimi metodlar dərsə rəngarənglik və məhsuldarlıq qatdı. Şagirdlər bölmə üzrə onlara qaranlıq qalan məqamları aydınlaşdırdılar. Dərsdə fəal iştirak etdilər.