UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv olduq

11.01.2019-cu il tarixində 220 nömrəli məktəb-liseydə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Milli Komissiyanın ve TİPİİ-nin dəstəyi ilə UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv olduğumuzu sübut edən lövhənin açılış tədbiri olmuşdur. Tədbirdə açılış nitqini məktəbin direktoru Lətifə Əzimova edərək, bu istiqamətdə görülmüş işlərin daim diqqətdə olduğunu və bu zəmində hər zaman  dəstək olacağını bildirmişdir. Məktəbdə qonaq olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnsititutunun Beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov da öz tövsiyyələri ilə çıxış edərək, şagirdlərlə birlikdə lövhənin açılış tədbirində sonadək iştirak etmişdir. Həmçinin məktəbin beynəlxalq layihələr üzrə koordinatoru, ingilis dili müəllimi Nahidə Hüseynova və biologiya müəllimi Nərgiz Hacıyeva da çıxış edərək layihə haqqında məlumat verdilər. Tədbir şagirdlərin təqdimatları ve sertifikatların təltifi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi