Xarici dil aylığı uğurla yekunlaşdı

220 nömrəli məktəb-liseydə dekabr aylığı xarici dil aylığı idi. 28.12.2018-ci il tarixində məktəbin ingilis dili müəllimlərinin təqdim etdiyi çox maraqlı “Happy new year” tədbiri ilə aylıq yekunlaşdı. Tədbirin maraqlı formatı var idi. Şagirdlərin ifasında qeyri-adi bir ssenarisi olan qış nağılı qurulmuşdu. Uşaqların geyimi, təqdimatı və dil bacarıqları təqdirə layiq idi. Burda həm müəllimlərin həm də valideynlərin həmrəyliyinin, zəhmətinin izi açıq görünürdü. Biz bacarıqlı şagirdlərimizi və zəhmətkeş xarici dil müəllimlərimizi ürəkdən təbrik edir və uğurlar arzulayırıq.